"Türkiyənin belə tədbirlərə ev  sahibliyi etməsi dünya üçün də əhəmiyyət daşıyır",İ.Kalın

Beynəlxalq Əməkdaşlıq Platformunun təşkil etdiyi və “Gələcəyin dizaynı: Qloballaşmanın yeni sınağı” mövzusu ilə 8-ci Boğaziçi zirvə yığıncağı İstanbulda keçirildi.

857949
"Türkiyənin belə tədbirlərə ev  sahibliyi etməsi dünya üçün də əhəmiyyət daşıyır",İ.Kalın

Dövlət başçısının sözçüsü İbrahim Kalın “Türkiyə ilə Rusiya və Çin arasındakı yaxınlaşma bəzən tənqid edilir. “Nə üçün Türkiyə Rusiya ilə yaxın əlaqə saxlayır? S-400-ləri nə üçün Rusiyadan alır? Bir NATO tərəfdaşının alyansa üzv olmayan bir ölkənin müdafiə sistemini satın alması necə izah olunar?” kimi tənqidlər səsləndirilir. Bu suallara qlobal siyasət çərçivəsində nəzər saldığımız zaman cavabını çox dəqiq və açıq şəkildə görürük. Necə ki, digər bütün ölkələr, böyük aktyorlar, dünyanın fərqli coğrafiyalarında rol götürmək üçün mübarizə aparırsa Türkiyənin də öz ehtiyacları çərçivəsində bu siyasəti yürütməsindən daha təbii heç nə ola bilməz.” deyib.

İbrahim Kalın bu sözləri Beynəlxalq Əməkdaşlıq Platformunun təşkil etdiyi və “Gələcəyin dizaynı: Qloballaşmanın yeni sınağı” mövzusu ilə keçirilən 8-ci Boğaziçi zirvə yığıncağında dilə gətirib.

Türkiyənin belə tədbirlərə ev  sahibliyi etməsinin dünya üçün də əhəmiyyət daşıdığını vurğulayan İbrahim Kalın bildirib ki, dünya 19 yaxud da 20-ci əsrdə olduğu kimi tək bir mərkəzdən idarə olunmur, diyazn edilmir. Avropa coğrafiyasını çıxmaqla başqa düşüncələrin, ölkələrin, bölgələrin dünya siyasətində gedərək təsirli olmağa başladığı bir dönəmdən keçirik. Uzun müddətdir dünya iqtisadiyyatının mərkəzinin qərbdən şərqə, Asiyaya, Çinin mərkəzdə dayandığı iqtisadiyyata, Rusiyaya tərəf istiqamətləndiyinə dair analizlər var. Bu sadəcə iqtisadiyyat sahəsində baş verən durum deyil. Hazırda Afrikada, Latın Amerikasında çox önəmli hadisələr yaranır. Ancaq dünyada ədaləti müəyyən qüvvələrin təmin etməsi qeyri-mümkündür.

“Dünyanın digər bölgələrindəki insanların düşüncələrinin dünya siyasətinin istiqamətləndirilməsində söz sahibi olması da həmin  zamanda böyük əhəmiyyət daşıyır. Bunu yerinə yetirə bilmək üçün isə asyiyalıların, afrikalıların, Latın amerikalıların, Orta şərqlilərin, Şimali Afrikanın və dünyanın digər coğrafiyalarının dünyanın gələcəyinə dair yeni görüşlər ortaya qoyması vacibdir”-deyə İbrahim Kalın qeyd edib.  



Әlaqәli Xәbәrlәr