Kalın:"Türkiyə terrorizmi insanlığa qarşı cinayət olaraq görür"

Türkiyə Pezident Aparatının sözçüsü İbrahim Kalın Misirdə məscidə olan hücuma reaksiya göstərdi.

854718
Kalın:"Türkiyə  terrorizmi insanlığa qarşı cinayət olaraq görür"

Türkiyə Pezident Aparatının sözçüsü İbrahim Kalın Misirdə məscidə olan bombalı hücuma dair yazılı açıqlama verdi.

 Kalın açıqlamasında da bu iyrənc terror hücumunu şiddətlə qınadıqlarını vurğuladı, hücumda həlak olan günahsız vətəndaşlara Allahdan rəhmət, yaralılara şəfalar dilədi, ölənlərin yaxınlarına  və qardaş Misir xalqına dərin hüznlə başsağlığı verdi.
Pezident Aparatının sözçüsü açıqlamasında bunları qeyd etdi: "Türkiyə mənbəyi və əsası nə olursa, olsun, terrorizmi insanlığa qarşı cinayət olaraq görür, bu fikrini bütün beynəlxalq, regional və ikitərəfli görüşlərində dəqiq və sərt şəkildə dilə gətirir. Dünyanın müxtəlif regionlarında baş verən bu növ hadisələr, terrorizmə qarşı mübarizədə səmərəli beynəlxalq əməkdaşlığın həyati əhəmiyyətini bir daha vurğulayır. Türkiyə dost və qardaş Misir xalqının bu mənfur hücumdan doğan kədərini ürəkdən bölüşür".



Әlaqәli Xәbәrlәr