“Türkiyənin bugünlərə gəlməsində ən böyük köməkliyi müəllimlər göstərib”

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan müəllimlərlə birlikdə baxdığı Səmih Kaplanoğlunun “Buğda” filminin premyerasında çıxış edib.

853855

Səmih Kaplanoğlunun son filmi “Buğda”nın premyerası Cümhurbaşqanlığı kompleksində reallaşdı.

 Filmə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım müəllimlərlə birlikdə baxıblar.

Daha sonra çıxış edən Dövlət başçısı Ərdoğan müəllimləri 24 noyabr- Müəllimlər Günü münasibətilə təbrik edib.

“Bütün müəllimlərə şəxsim, millətim və ölkəm adından minnətdarlığımı bildirirəm. Vəzifəsi başında şəhid olanlarla fəlakətlər və qəzalarda həyatını itirən müəllimlərimizi də yad edirəm. Türkiyənin bugünlərə gəlməsində ən böyük köməkliyi müəllimlər göstərib. Onların haqqını ödəyə bilmərik. Gələcəyimizi ölkəmizin hər bir guşəsində fəaliyyət göstərən müəllimlərimizin səylərilə quracağıq” deyə Dövlət başçısı Ərdoğan vurğulayıb.

Әlaqәli Xәbәrlәr