"Boşnaklar üçün acı xatirələr və bir parça ədalət..." M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu 8 mindən çox insanın öldürülməsinin səbəbkarı Ratko Mladiçin ömürlük həbs cəzasına məhkum edilməsini münasibət bildirib.

853107
"Boşnaklar üçün acı xatirələr və bir parça ədalət..." M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu 8 mindən çox insanın öldürülməsinin səbəbkarı, “Bosniya qəssabı” Ratko Mladiçin ömürlük həbs cəzasına məhkum edilməsini “acı xatirələr və bir parça ədalət" sözləri ilə qiymətləndirib.

  M.Çavuşoğlu Mladiçə verilən ömürlük həbs cəzası ilə bağlı bu fikrini  sosial media hesabından paylaşaraq yazıb: "Bosniya qəssabı" kimi tanınan Ratko Mladiç törətdiyi soyqırıma görə məhkum edildi. Bu, boşnaklar üçün duyğulu bir xəbər oldu. Acı xatirələr və bir parça ədalət”.



Әlaqәli Xәbәrlәr