Türkiyə Tuzhurmatu qəsəbəsində minalanmış maşınla edilən hücumu pislədi

Türkiyə İraqın Səlahəddin vilayətinə bağlı Tuzhurmatu qəsəbəsində minalanmış maşınla edilən hücumu pislədi.

852385
Türkiyə Tuzhurmatu qəsəbəsində minalanmış maşınla edilən hücumu pislədi

Türkiyə İraqın Səlahəddin vilayətinə bağlı Tuzhurmatu qəsəbəsində minalanmış maşınla edilən hücumu pislədi.

Xarici İşlər Nazirliyinin başsağlığı verdiyi açıqlamasında bildirilib ki, bu hücumu sərt şəkildə qınayır, dost və qardaş İraq xalqına başsağlığı, həyatını itirənlərə Allahdan rəhmət və yaralılara təcili şəfa diləyirik.

Qeyd edək ki, Tuzhurmatu qəsəbəsində ötən gün minalanmış maşınla edilən hücumda 23 nəfər həyatını itirmiş, 60 adam isə yaralanmışdı.

Təhlükəsizlik qüvvələrindən əldə edilən məlumata görə, bomba yerləşdirilmiş maşın Tuzmurmatu qəsəbəsindəki Əl-Əsgəri məhəlləsində bazar yerində partladılıb.

Türkmənlərin sıx yaşadığı Tuzhurmatudakı hücumun məsuliyyətini hələ də üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr