“Halifax Təhlükəsizlik Forumu” ordu generalı Hulusi Akardan üzr istədi

“Halifax Təhlükəsizlik Forumu” Türkiyənin Baş Qərargah rəisi ordu generalı Hulusi Akardan üzr istədi.

852426
“Halifax Təhlükəsizlik Forumu” ordu generalı Hulusi Akardan üzr istədi

“Halifax Təhlükəsizlik Forumu” Türkiyənin Baş Qərargah rəisi ordu generalı Hulusi Akardan üzr istədi.

Mərkəzi qərargahı Kanadada yerləşən Beynəlxalq Təhlükəsizlik Forumu Akarın çıxışının sosial şəbəkə üzərindən 15 iyul 2016-cı ildəki FETÖ-nün çevriliş cəhdində baş verən hadisə zamanı boğazında yaranan yara izi olan şəkildən istifadə edərək çatdırdığı üçün üzr istədi.

Forumun “twitter” üzərindən yaydığı açıqlamada bildirilib ki, Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı və Avropa İttifaqı naziri Ömər Çəliki qonaq etməkdən şərəf duyduq. Ordu generalı tanış etmək üçün internet vasitəsilə istifadə etdiyimiz şəklin səbəb olduğu səhv anlaşılmaya və narahatlığa görə üzr istəyirik.

Qeyd edək ki, ordu generalı Akar nazir Ömər Çəlik ilə Forumda iştirak etmiş, tədbirdə noyabrın 18-də çıxış olmuşdu.



Әlaqәli Xәbәrlәr