Baş Qərargah rəisi Hulusi Akar Rusiyaya səfər etdi

Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar sabah keçiriləcək üçtərəfli liderlər zirvəsindən əvvəl Rusiyaya səfər etdi.

851811
Baş Qərargah rəisi Hulusi Akar Rusiyaya səfər etdi

Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar sabah keçiriləcək üçtərəfli liderlər zirvəsindən əvvəl Rusiyaya səfər etdi.

Ankara Etimesgut hərbi hava limanından Hava Qüvvələri Komandanlığına məxsus təyyarə ilə Rusiyaya gedən ordu generalı Hulusi Akar Soçidə Rusiyanın ordu generalı Valeriy Gerasimov və İranın ordu generalı Məhəmməd Bakıri ilə üçtərəfli yığıncaqda bir araya gələcək.

Sabah da Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə yenə Soçidə üçtərəfli zirvə yığıncağı keçirəcək.

Yığıncaqda tərəflər Suriyadakı prosesi və bölgədəki son vəziyyəti müzakirə edəcəklər.

Digər tərəfdən Səudiyyə Ərəbistanın paytaxtı Riyadda sabah başlaması planlaşdırılan Suriya müxalifəti yığıncağının təxirə salındığı bildirilib.



Әlaqәli Xәbәrlәr