Türkiyə NATO-nun təlimində baş verənlərə reaksiya göstərməkdə davam edir

Baş nazirin müavini Rəcəb Akdağ NATO-nun təlimində yaşanan qalmaqalın dərin şəkildə təqib ediləcəyini söyləyib.

850619
Türkiyə NATO-nun təlimində baş verənlərə reaksiya göstərməkdə davam edir

Baş nazirin müavini Rəcəb Akdağ NATO-nun təlimində yaşanan qalmaqalın təqib ediləcəyini söyləyib.

Akdağ bununla bağlı verdiyi açıqlamada bildirib ki, Türkiyə Cümhuriyyəti olaraq əlbəttə o işi təqib edəcəyik. Dövlət başçımız bu məsələ qarşısında mövqeyini ortaya qoydu və NATO-nun sədri üzr istədi. Bundan sonra da bu məsələ təqib ediləcəkdir.

Qeyd edək ki,  noyabrın 16-da NATO-nun təlim mərkəzində bir zabit Atatürkün və Ərdoğanın şəkilləri olan tablonu düşmən kimi təqdim edib. Türkiyə təlimdəki 41 əsgərini geri çəkmə qərarı aldı. Qalmaqaldan sonra NATO-dan ən yüksək səviyyədə üzr gəldi. Hadisənin bir media texnik işçisi və Norveç ordusunda vəzifəli bir mülki personaldan mənbələndiyi ortaya çıxarıldı.  



Әlaqәli Xәbәrlәr