Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Antalyada görüşəcəklər

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İran xarici işlər naziri Cavad Zərif ilə bu həftə görüşəcəyini bildirdi.

850037
Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Antalyada görüşəcəklər

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İran xarici işlər naziri Cavad Zərif ilə bu həftə görüşəcəyini bildirdərək: " Görüş üç ölkənin liderlərinin qatılacağı Soçi sammitinə hazırlıq xarakteri daşıyacaq" dedi.
 
 Türkiyə, Rusiya, İran xarici işlər nazirlərinin görüşü Türkiyənin Antalya şəhərində baş tutacaq.
 
Lavrov görüş haqqında məlumat verərək:"Görüşdə Suriyadakı zorakılığı əhəmiyyətli dərəcədə azaldan Astana danışıqları nəticəsində əldə olunanlar müzakirə olunacaq. Astana danışıqları sayəsində Suriyada rejim ilə müxalifət arasında danışıqlar başlandı" dedi.
 
 Lavrov Soçidə keçiriləcək üçtərəfli sammitin Suriyada qarşıdurmalar sona çatdıqdan sonra Əsəd rejimi ilə müxalifət arasında bilavasitə dialoqun qurulmasına vəsilə olacağına ümid etdiklərini qeyd etdi.



Әlaqәli Xәbәrlәr