Biz terror təşkilatlarının olduğu masanın arxasında qətiyyən oturmarıq

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Küveyt və Qətər səfərlərini təqib edən jurnalistlərlə görüşü zamanı söylədi.

849635
Biz terror təşkilatlarının olduğu masanın arxasında qətiyyən oturmarıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Küveyt və Qətər səfərlərini təqib edən jurnalistlərin suallarını cavablandırdı

Ərdoğan Türkiyə, Rusiya və İranın Suriya məsələsini həll etmək üçün Astana danışıqlarını davam etdirmək istədiyini qeyd edərək: " Noyabrın 22-də Soçidə bir araya gələcəyik. Bir gün əvvəl xarici işlər nazirlərimiz, və Silahlı Qüvvələrin Baş Qərargah rəisləri görüşəcək. İdlibdəki 12 deeskalasiya zonası məsələsi çox həssas məsələdir. Rusiya və İranın buralarla bağlı tələbləri var.  Lakin Rusiya da  bizə Afrindən çəkilməyə söz verib. Oradan bizə qarşı mümkün təhdid və təcavüzlərlə bağlı narahatlıqlarla əlaqədar olaraq Türkiyəyə lazımi anlayışın göstəriləcəyi ilə bağlı bizə söz verilmişdi" dedi.
 
 Suriya Milli Dialoq Konqresi ilə bağlı işlərin  birlikdə aparılacağına işarə edən Ərdoğan Suriyadakı müxalifət qruplar nəzərə alınmadan  həll əldə etmənin mümkün olmadığını söylədi.
 
Türkiyə prezidenti: "Lakin separatçı terror təşkilatı PYD-YPG, PKK üçlüsünə  də diqqət çəkdik. "Oralarda bu növ terror təşkilatlarının da hüququ var" deyə bir anlayış ola bilməz. Türkiyə olaraq biz terror təşkilatlarının olduğu masanın arxasında qətiyyən oturmarıq. Siyaset namusu vadır. Rakkada terror təşkilatı YPG üzvlərinə pul verdikləri barədə məlumatlar var. ABŞ-ın Şimali Suriyada beş hava bazası, səkkiz də digər bazaları var. İndi bir də Rakkada baza yaradılır. Həqiqət ortadadır. Baş verənlər ABŞ-ın oralara aid qara planlarda iştirak etdiyini çox açıq şəkildə ortaya qoyur" deyə danışdı.
 
 

 



Әlaqәli Xәbәrlәr