Türkiyə terror təşkilatlarının çirkli oyunundan narahatlığını dilə gətirdi

Xarici İşlər Nazirliyi terror təşkilatları DEAŞ ilə PYD/YPG-nin Suriyanın Rakka şəhərindəki razılaşmasına dair açıqlama verdi.

847689
Türkiyə terror təşkilatlarının çirkli oyunundan narahatlığını dilə gətirdi

Türkiyənin Xarici İşlər Nazirliyi terror təşkilatları DEAŞ ilə PYD/YPG-nin Suriyanın Rakka şəhərindəki razılaşmasına dair açıqlama verdi: Terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD/YPG-nin nəzarətindəki dırnaqarası “Suriya Demokratik Qüvvələrinin Rakkanın DEAŞ terror təşkilatından təmzilənməsi üçün əməliyyat davam edərkən DEAŞ-la razılaşaraq, xeyli sayda DEAŞ-lı terrorçuia Rakkadan təxliyə etməsi son dərəcə dəhşətli  və ibrətamiz addımdır.

Açıqlamada vurgulanır ki, terror təşkilatı PYD/YPG-nin Suriyadakı məqsədi DEAŞ-a qarşı mübarizə aparmaq deyil, sahədə qeyri-qanuni addımlar atmaq, torpaq işğal etmək və oralarda demoqrafı qurğunu dəyişməkdir. Səsləndirilən razılaşma bir terror təşkilatı ilə mübarizənin başqa terror təşkilatı ilə aparılması halında bu terror təşkilatlarının nəticədə bir-birlərilə əməkdaşlıq edəcəyi həqiqətinin yeni nümunəsi olmuşdur.  DEAŞ-la Mübarizə Beynəlxalq Koalisiyası və ABŞ Müdafiə Nazirliyi sözçüləri tərəfindən mövzuya dair yayımlanan bəyanatlarda həmin razılaşmanın mövcudluğunun inkar edilməməsindən, əksinə bu razılaşmaya hörmətlə yanaşılmasından da təəssüf duyulmuşdur.



Әlaqәli Xәbәrlәr