Ərdoğan Rusiya və Küveytdən sonra Qətərə keçdi

İki lider qarşılanma mərasimindən sonra təkbətək söhbətlərə keçərək Körfəz ölkələri arasındakı gərginlik, beynəlxalq proseslər, regional məsələlər və iqtisadiyyatla bağlı mövzuları müzakirə ediblər.

848043
Ərdoğan Rusiya və Küveytdən sonra Qətərə keçdi

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya və Küveytdən sonra Qətərə gedib.
 
  R.T.Ərdoğan Qətərdə ölkənin əmiri Şeyx Tamim Həməd Sani tərəfindən qarşılanıb.
 
  İki lider qarşılanma mərasimindən sonra təkbətək söhbətlərə keçərək Körfəz ölkələri arasındakı gərginlik, beynəlxalq proseslər, regional məsələlər və iqtisadiyyatla bağlı mövzuları müzakirə ediblər.  

  Xatırladaq ki, R.T.Ərdoğan Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin III Toplantısında iştirak edəcək, sonra bir sıra müqavilənin imzalanma mərasimində olacaq.
 
   Türkiyə dövlət başçısını bu səfərdə də ölkənin 9 naziri, o cümlədən, Baş Qərargah rəisi general Hulusi Akar, Milli İstihbarat Təşkilatının müşaviri Hakan Fidan müşayiət edib.



Әlaqәli Xәbәrlәr