O, Türkiyədə suriyalılara verilən peşə təhsilini gözü ilə görmək istədi

Almaniya Dövlət naziri Mariya Böhmer Türkiyədə suriyalılara verilən peşə təhsillərini yerində görmək üçün bir məktəbə baş çəkib.

846836
O, Türkiyədə suriyalılara verilən peşə təhsilini gözü ilə görmək istədi

  Nazir Suriya Dostluq Cəmiyyətinin dəstəyilə Ankarada qurulan 15 İyul Demokratiya Şəhidləri Peşə Məktəbini gəzib.  

  Türkiyə-Almaniya Peşə Bacarıqıarı Təkmilləşdirmə Layihəsi çərçivəsində (TAMEB) tekstil, qaynaqçılıq, veb dizayn, qrafika, tikinti ustalığı və mexaniklik peşələri üzrə kurslar keçilən məktəbdə sinifləri bir-bir gəzən Mariya Böhmer, xüsusilə, qadınlara da peşə verilməsini təqdir edərək deyib: “Bir il əvvəl Türkiyədə qaçqın düşərgəsinə gəlmişdim, indi isə burada insanların peşə öyrəndiklərini görməkdən məmnun oluram.”

  Qeyd edək ki, qaçqın problemi və suriyalılara peşə təhsililə əlaqədar Avropa İttifaqı Türkiyəyə hər il 150 milyon avro ödəyir.



Әlaqәli Xәbәrlәr