Türkiyәnin Sәhiyyә Nazirliyi İraqda baş verәn zәlzәlә ilә bağlı açıqlama verdi
Türkiyәnin sәhiyyә naziri Әhmәd Demircan İraqda baş verәn 7.2 bal gücündәki zәlzәlә ilә bağlı verdiyi açıqlamada: ‘‘Şimali İraqdan gәlәcәk tәlәbә görә hәr növ hazırlığımızı etdik, gözlәyirik’’ deyә bildirib.

Anadolu Agentliyinә müsahibә verәn Әhmәd Demircan Türkiyәnin UMKE adlı axtarış-xilasetmә tәşkilatı vә tәcili müdaxilә dәstәlәrinin yardım üçün hazır olduğunu deyib.
Səhiyyə Nazirliyindәn verilәn mәlumatda isә zәlzәlәdәn sonra Habur sәrhәd-keçid mәntәqәsinә UMKE vә tәcili tibbi yardım maşınının göndәrildiyi bildirilib.
Mәlumatda hәmçinin İraqda baş verәn zәlzәlә ilә әlaqәdar proseslәrin SAKOM adlı tәcili sәhiyyә xidmәti tәrәfindәn tәqib edildiyi vurğulanıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq