Türkiyə İraqda baş verən zəlzələyə görə yardım göndərir

Zəlzələdən sonra Türkiyə Qırmızı Ay Para Cəmiyyətinin bölgədəki anbarlarından yardımın başlandığı qeyd edilib.

845929
Türkiyə İraqda baş verən zəlzələyə görə yardım göndərir

Türkiyə Baş Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, İraq-İran sərhədində 7,2 bal gücündə zəlzələ baş verdiyi xatırladılaraq, zəlzələnin sərhəd bölgəsində yerləşən Türkiyənin Hakkari, Şırnak, Mardin, Batman, Siirt və Vandada hiss edildiyi, bu şəhərlərdə ölən olmadığı bildirilib.

Zəlzələdən sonra Türkiyənin Qızıl Aypara Cəmiyyətinin bölgədəki anbarlarından yardımın başlandığı qeyd edilib.

Bildirilir ki, ehtiyac olacağı təqdirdə istifadə edilmək üzrə yaxın vilayətlərimizdəti AFAD və UMKE adlanan axtarış-xilas etmə dəstələri ilə humanitar yardım avadanlıkları Habur sərhəd qapısına istiqamətləndirildi. Həmçinin ehtiyac olacağı təqdirdə bölgəyə təyyarə ilə göndərilmək üzrə əlavə axtarış-xilasetmə dəstələrimiz hazır gözləyir. Bunun üçün rəsmi Bağdad ilə əlaqə saxlanılmaqda davam edir.

Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ isə özünün “Twitter” səhifəsində İraqda baş verən zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına, İraq xalqına başsağlığı və yaralılara təcili şəfa diləyib.



Әlaqәli Xәbәrlәr