Nurəddin Canikli Jens Stoltenberg və James Mattis ilə görüşdü

Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli NATO-nun baş katibi Jens Stoltenberg və Amerika Birləşmiş Ştatlarının müdafiə naziri James Mattis ilə ayrı-ayrılıqda görüşdü.

843904
Nurəddin Canikli Jens Stoltenberg və James Mattis ilə görüşdü

 NATO Müdafiə Nazirləri Toplantısında Türkiyəni təmsil edən milli müdafiə naziri Nurəddin Canikli Belçikada NATO qərargahında müxtəlif  görüşlər keçirdi.

Türkiyənin müdafiə naziri NATO-nun baş katibi Jens Stoltenberg ilə görüşdü. Görüş yarım saat davam etdi.

Canikli daha sonra ABŞ müdafiə naziri James Mattis ilə görüşdü.

Pentagon sözçüsü Dana  White nazirlərin müdafiə sahəsində iki ölkə arasındakı əlaqələri müzakirə etdiklərini bildirdi.

White:"Mattis avqustun 23-də Ankaradakı görüşlərdən sonra Türkiyənin qlobal təhlükəsizliyə və DEAŞ-la mübarizəyə  töhfə verməyə davam etdiyinə görə təşəkkür etdi. Nazir Mattis Türkiyənin üzləşdiyi təhdidlərin fərqində olduğunu və ABŞ-ın separatçı PKK və digər terror təşkilatlarına qarşı Türkiyənin tərəfində olacağını təkrarən qeyd etdi" dedi.

 

 

 



Әlaqәli Xәbәrlәr