“İspaniyanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik”, N.Canikili

Türkiyənin Milli Müdafiə naziri Nurettin Canikli NATO Müdafiə Nazirləri Yığıncağına iştirak etmək üçün getdiyi Belçikada NATO Qərargahında görüşlər keçirib.

844038
“İspaniyanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik”, N.Canikili

Nazir Canikli İspan müdafiə naziri Maria Dolores de Cospedal Garcia ilə görüşü sonrası müdafiə sənayesi əlaqələrinin, başda torpaq, dəniz və quru sistemləriylə araşdırma və inkişaf etdirmə olmaqla bütün sahələrdə irəli pillələrə qaldırılmasını nəzərdə tutan müqavilə imzalanıb.

Danışıqlardan sonra açıqlama verən nazir Canikli, səmərəli görüşlər keçirdiyini iki ölkə arasındakı əlaqələrin hər sahədə olduğu kimi münafiə sənaye sahəsində də inkişaf etməsini istədiyini səsləndirib. Bu sahədə əhəmiyyətli addımlar atıldığını vurğulayıb

İspaniya müdafiə naziri Maria Dolores de Cospedal Garcia da Kataloniya hadisələri zamanı Türkiyənin verdiyi dəstəyin əvəzsiz olduğunu ifadə edərək iki ölkə arasında müdafiə sənayesi sahəsində əhəmiyyətli layihələrə imza atılacağını bildirib.



Әlaqәli Xәbәrlәr