Binəli Yıldırım:"Türkiyə- ABŞ münasibətlərinin gələcəyinə baxmaq lazımdır"

ABŞ-da səfərdə olanTürkiyənin baş naziri Binəli Yıldırım paytaxt Washingtonda mətbuat nümayəndələri ilə görüşdü.

844025
Binəli Yıldırım:"Türkiyə- ABŞ münasibətlərinin gələcəyinə baxmaq lazımdır"

ABŞ-da səfərdə olanTürkiyənin baş naziri Binəli Yıldırım paytaxt Washingtonda mətbuat nümayəndələri ilə görüşdü.

Yıldırım mətbuat nümayəndələrinə ABŞ-da keçirəcəyi görüşlərin gündəmində olan məsələlər barəsində məlumat verərək: "ABŞ ilə əlaqələrimizin mükəmməl bir səviyyədə olduğunu deyə bilmərik. Ciddi problemlərimiz var. Bu problemlərin artıq geridə qalması, gələcəyə baxılması istiqamətində olan fikirlərimizi qarşı tərəfə bildirəcəyik. Regional məslələri də müzakirə etməyi düşünürük" dedi.

Baş nazir görüşlərdə Suriya və İraqda baş verənlərin də masaya qoyulacağını qeyd edərək:"ABŞ-ın DEAŞ-la mübarizədəki siyasətini və bununla əlaqədar bizim etirazlarımızı gündəmə gətirəcəyik. 15 iyul dövlət çevrilişi cəhdinə görə məsuliyyət daşıyan Fətullahçı terror təşkilatının (FETÖ)  başçısının mühakimə olunması və ektradisiyası prosesinin başladılması da gündəmimizdə olan məsələlər arasındadır" dedi.

Yıldırım separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD-yə verilən amerikan silahlarının geri toplanmasından və ABŞ-ın PYD-yə verdiyi dəstəyin dayandırılmasından da danışacaqlarını söylədi.

Türkiyənin baş naziri səfərinin məqsədinin iki ölkənin razılığa gələ bilmədikləri məsələlərdə müsbət irəliləyişin əldə olunması olduğunu dilə gətirdi.

Yıldırım Səudiyyə Ərəbistanında baş verənlərlə əlaqədar bunları dedi :"Detallarını çox bilmədiyimiz məsələyə şərh vermək səhv olar. Bu, onların daxili məsələsidir. Bir sıra problemlərinin olduğu aşkardır, öz aralarında bunu həll etməyə çalışırlar".

 

 

 

 



Әlaqәli Xәbәrlәr