Numan Kurtulmuş Dünya Turizm Sərgisində iştirak etdi

Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş İngiltərənin paytaxtı Londonda başlayan Dünya Turizm Sərgisinə (WTM) qatılaraq, Türkiyənin stendinin açılışında iştirak etdi.

842889

 Londondakı Excel Sərgi mərkəzində təşkil olunan və çox sayda ölkənin iştirak etdiyi sərgidə Türkiyənin və Şimali Kııbrıs Türk Respublikasının (Şimali Kipr Türk Respublikası) da stendləri var.
 
 Şimali Kııbrıs Türk Respublikasının turizm və ekologiya naziri Fikri Ataoğlu ilə  birgə Kıbrısa məxsus ləzzətlərdən dadan Kurtulmuş:"Kıbrısın burada təmsil edilməsi həqiqətən çox əhəmiyyətlidir. Cənab nazirimizə ürəkdən təşəkkür edirəm. Türkiyənin turizm sahəsində hər növ əməkdaşlıq etməyə hazır olduğunu söyləməyə belə ehtiyac yoxdur" deyə danışdı.
 
Kurtulmuş stendlərə baxdıqdan sonra "National Geographic"in Türkiyə fotolarından ibarət sərgisini gəzdi.
 
  Noyabrın 9-na qədər açıq olacaq Dünya Turizm Sərgisinə hər il 50 mindən artıq insan gəlir.

Әlaqәli Xәbәrlәr