Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini qismən bərpa edib

Bu barәdә Türkiyәnin Vaşinqtondakı sәfirliyindәn verilәn mәluamtda  bildirilib.

842003
Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini qismən bərpa edib

Türkiyә ABŞ vәtәndaşlarına  viza verilmәsini qismәn bәrpa edib.

Bu barәdә Türkiyәnin Vaşinqtondakı sәfirliyindәn verilәn mәluamtda  bildirilib.

Mәlumata görә, Ankaranın atdığı bu addımdan әvvәl  ABŞ-ın diplomatik təmsilçiliklərində viza üçün müraciətlərin məhdud sayda qəbuluna başlanılıb. Türkiyə tərəfinin də analoji addım atdığı bildirilib.

Qeyd edәk ki,  Amerika hökumәti  bu qərarı Türkiyənin Baş naziri Binəli Yıldırımın noyabrın 7-də (bu gün)  ABŞ-a planlaşdırılan səfəri ərəfəsində qəbul edib.

iki ölkə arasında viza böhranı oktyabrın əvvəlində FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşının  saxlanmasından sonra başlayıb.

Xatırladaq ki, Vaşinqton oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq, Ankara da eyni addımı atmışdı.



Әlaqәli Xәbәrlәr