Binәli Yıldırım ABŞ-a sәfәr edәcәk
Bu barədə Türkiyə Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.
Türkiyənin baş naziri Binəli Yıldırım 7-10 noyabr tarixlərində ABŞ-a səfər edəcək.
Bu barədə Türkiyə Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.
Binәli Yıldırım səfər zamanı ABŞ-ın vitse- prezidenti Mayk Penslə görüşəcək.
Görüşdә İraq vә Suriya başda olmaqla regional proseslәr, terrorla mübarizә vә viza mәsәlәsi müzakirә olunacaq.
Qeyd edәk ki, baş nazir Binәli Yıldırımı sәfәri çәrçivәsindә baş nazirin müavini Mehmet Şimşək, xarici işlər naziri Mövlud Çavuşoğlu vә enerji və təbii sәrvәtlәr naziri Berat Albayrak müşayiət edəcək.
Әlaqәli Xәbәrlәr
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...