Ərdoğan yerli avtomobil istehsal edəcək firmaların adlarını açıqladı

Türkiyədə prototipi 2019-cu ildə hazır olacaq yerli avtomobil üçün ilk addım atıldı.

839767
Ərdoğan yerli avtomobil istehsal edəcək firmaların adlarını açıqladı

Türkiyə Prezident Aparatında "Türkiyənin Avtomobili Birgə Təşəbbüs Qrupu"nun Təqdimat Toplantısı keçirildi.
 
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda çıxış edərək, yerli avtomobil istehsal  edəcək firmaların adlarını açıqladı. Prezident  bu firmaların Anadolu Qrupu, BMC, Kıraca Holdinq, Turkcell və Zorlu Holdinq olduğunu dedi.
 
 Ərdoğan:"Türkiyənin 2023-cü il hədəfləri arasında xüsusi yeri olan bu layihədə ən kiçik bir gecikmə istəmirik" dedi.
 
 Prezident hazırda Türkiyə Elmi və Texniki Araşdırma Qurumu- TÜBİTAK-ın bazasında fəaliyyətlərin davam etdirildiyini qeyd etdi, məsələnin .yalnız avtomobil istehsal etmək deyil, buradakı texnologiya və təcrübə ilə dünyaya meydan oxuyacaq yeni iddianın ortaya qoyulması olduğunu vurğuladı.
 
 Baş nazir Binəli Yıldırım da toplantıda çıxış edərək, yerli avtomobil layihəsinin Türkiyənin iqtisadi sıçrayışının həyata keçirilməsi üçün əhəmiyyətli olduğunu bildirdi.
 
Yıldırım:" Tezliklə öz məhsulumuz, öz alın tərimiz olan avtomobili istehsal edəcəyik. Avtomobil istehsalında müasir texnologiyanı tətbiq etmək üçün hər bir addımı atacağıq" dedi.
 
 Baş nazir dövlətin avtomobil istehsalına dəstək verəcəyini qeyd etdi.
 
 Çıxışlardan sonra birgə təşəbbüs qrupuna daxil olan beş firma imzalarını atdılar.



Әlaqәli Xәbәrlәr