"İran və  İraqla danışıqlarımız davam  edir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana reallaşdırdığı səfərdən qayıdarkən təyyarədə İran və İraqla sıx əlaqələr və danışıqların davam etdiyini bildirib.

839234
"İran və  İraqla danışıqlarımız davam  edir", R.T.Ərdoğan

Bölücü terror təşkilatı PKK ilə ortaq əməliyyatın İraq üçün prioritet olmadığını ifadə edən prezident Ərdoğan, Türkiyənin lazımlı tədbirləri həyata keçirdiyini, təhdid olması halında əməliyyat başlada biləcəyini vurğulayıb.

Suriyanın şimal-qərbində yerləşən İdlib mövzusunda Rusiya ilə həmrəylik çərçivəsində addım atıldığını ifadə edən Rəcəb Tayyib Ərdoğan bunun Afrini də əhatə edəcəyini qeyd edib.

Sentyabrın 25-də İraq Kürd Regional Hökumətinin təşkil etdiyi qeyri-qanuni referendumdan sonra cərəyan edən proseslərə də toxunan prezident: " Bərzaninın 1 Noyabrda vəzifədən ayılmasıyla Şimali İraqda necə bir prosesin başlayacağını gözləyib görəcəyik. Yeni bir prosesin başlayıb başlamayacağını bilmirəm. Ancaq federal struktur ilə inteqrasiya olmasını arzulayıram. İbrahim Xəlil Sərhəd Qapısının Bağdad rəhbərliyinə təhvilinə dair proses bir neçə gün ərzində tamamlanacaq. İkinci Ordu Komandiri General-leytenant Temel və İraq Baş Qərargahı bölgədəki prosesləri yaxından izləyirlər”.



Әlaqәli Xәbәrlәr