Türkiyədən Yunanıstan və Bolqarıstana keçməyə çalışanlar yaxalandı

Mərakeş, Pakistan, Myanma, Banqladeş və Suriya vətəndaşı olan qaçqınlar əməliyyatlardan sonra onlar Ədirnə Miqrasiya İdarəsinə göndərilib.

837346
Türkiyədən Yunanıstan və Bolqarıstana keçməyə çalışanlar yaxalandı

  Türkiyənin Ədirnə şəhərində qeyri-qanuni yollarla Yunanıstan və Bolqarıstana keçməyə çalışan 434 mühacir və qaçqın yaxalanıb.

  Məlumata görə, 54-ci Mexanizm Piyada Tuqay Komandanlığına bağlı sərhəd qoşunları Ədirnə rayon Jandarm Komandanlığı və Polis İdarəsi mərkəzə bağlı Orhaniye, Köşen, Bosnaköy, Yenikadın kəndləri ilə Havsa, Uzunkörpü, İpsala və Meriç rayonlarında əməliyyat keçirib.

  Əməliyyat zamanı qeyri-qanuni yollardan ölkə xaricinə çıxmağa çalışan Mərakeş, Pakistan, Myanma, Banqladeş və Suriya vətəndaşı olan 434 mühacir və qaçqın saxlanılıb. Əməliyyatlardan sonra onlar Ədirnə Miqrasiya İdarəsinə göndərilib.

 



Әlaqәli Xәbәrlәr