Myanma hökuməti “TRT World”ün əməkdaşlarını tutdu

Arakan müsəlmanlara tətbiq edilən soyqırımla gündəmə gələn Myanma hökuməti bu dəfə də mətbuatın üstünə düşdü.

836185
Myanma hökuməti “TRT World”ün əməkdaşlarını tutdu

  “TRT World” qrupundan sinqapurlu Lau Hon Menq və malaziyalı Mok Çoy Lin Myanmada polislər tərəfindən saxlanılıb.

  Regionda baş verən hadisələrlə bağlı məlumat əldə etməyə gedən jurnalistlər Myanma Parlamentini çəkdikləri bəhanəsilə tutulub.

  Myanmarlı rəsmiləri qrupun hava kamerası ilə çəkiliş aparmaq üçün icazələrinin olmadığını bildirib.

    “TRT World”dən nəzarətə alınanlar arasında tərcüməçi və sürücü də var.

  Sənədlərində hər hansı bir problem olmayan jurnalistlərin sorğusu davam edir.



Әlaqәli Xәbәrlәr