İ.Əliyev Cümhuriyyət Bayramı münasibətilə R.T.Ərdoğan və B.Yıldırıma təbrik məktubları göndərdi

Azərbaycan respublikasının prezidenti İlham Əliyev 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırıma təbrik məktubları göndərib.

836177
İ.Əliyev Cümhuriyyət Bayramı münasibətilə R.T.Ərdoğan və B.Yıldırıma təbrik məktubları göndərdi

    Məktublarda bildirilir: “Türkiyə öz dövlət ənənə və prinsiplərinə sadiq qalaraq demokratiya və iqtisadi inkişaf yolu ilə irəliləyir. Dünyada və regionda gedən proseslərdə fəal rol oynayır. Ən mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu görüşlərə Azərbaycanın da dəvət edilməsində əsl qardaşlıq nümunəsi göstərir. Türkiyənin uğurları, dünyada və regionda artan nüfuzu olduqca sevindiricidir.

  Türkiyə xalqına əmin-amanlıq və rifah arzulayıram. Azərbaycan-Türkiyə dostluq və qardaşlığı, strateji tərəfdaşlıq və müttəfiqliyi, dərin tarixi əlaqələri, ortaq milli və mənəvi dəyərləri, bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsi bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək".



Әlaqәli Xәbәrlәr