"İraqın yenidən qurulması üçün lazım olan dəstəyi verməyə hazırıq", R.T.Ərdoğan

Ankara Prezident İqamətgahında görüşdən sonra dövlət başçısı R.T.Ərdoğan və İraq Baş naziri H.İbadi birgə mətbuat konfransında çıxış ediblər.

834265
"İraqın yenidən qurulması üçün lazım olan dəstəyi verməyə hazırıq", R.T.Ərdoğan

  Rəcəb Tayyib Ərdoğan bir daha Türkiyənin İraqın ərazi bütövlüyünə verdiyi əhəmiyyəti təkrar etdi.

  Ankara Prezident İqamətgahında İraq Baş naziri Heydər İbadi ilə görüşündən sonra birgə mətbuat konfransında çıxış edən Ərdoğan İraq Kürd Regional İdarəçiliyinin 25 oktyabrda etdiyi qanunsuz müstəqillik referendumuna toxunaraq deyib:

  "Referendumla bağlı mövqeyimiz dəyişmədi. İraqın ərazi bütövlüyü tərəfdarıyıq. Xəbərdarlığımıza müsbət cavab gəlməyincə sanksiya qərarı verdik. Türkiyə, İran və İraq müsbət mərhələyə gəlirik…. Terror təşkilatı DAEŞ-ə qarşı İraq ordusunun verdiyi mübarizə nəticə verir, ancaq ondan təmizlənən yerlərə separatçı terror təşkilatı PKK yerləşməyə cəhd edir… PKK İraqda da təşkilatlanıb, bunu bilirik. Dəməşq kimi, Sincar kimi, bu bölgələrdə də PKK var. Ortaq mübarizəni davam etdirməkdə Türkiyə hər zaman vardır.”

  R.T.Ərdoğan Türkiyə ilə İraq arasında ticarət həcminin 9 milyard dollar olduğuna da toxunaraq deyib: "Ümid edirik ki, bunu daha yaxşı edəcəyik. Çünki hər istiqamətdə qonşuluq və qardaşlığımız var. Eyni mədəniyyət dəyərləri daşıyan iki ölkəyik… Biz sizə İraqın yenidən qurulması üçün lazım olan dəstəyi verəcəyik. Bölgədəki sülh üçün lazımi addımlar atacağıq. Biz neft boru kəmərinin istismarı üçün də hər cür dəstəyi verməyə hazırıq."

  İraqın Baş naziri Heydər İbadi də öz növbəsində çıxış edərək deyib: “Biz DAES-ə qarşı mübarizədə qələbə qazandıq… Təəssüf ki, sıxıntıların yaşandığı coğrafiyanın bir parçasıyıq. Artıq bu çətinliklərin keçilməsi zamanı gəlib. Sərhədlərimiz içində heç bir silahlı qrupa icazə vermərik. Bəziləri toprağımızı referendumla parçalamaq istədi. Bir məqsədimiz budur: “Bölgədə sabitliyin təmin edilməsi üçün döyüşlər bitməlidir. İraq ordusunun tək hədəfi bütün İraq xalqını qorumaqdır".



Әlaqәli Xәbәrlәr