20 ildən sonra ilk dəfə Özbəkistan prezidenti Türkiyəyə rəsmi səfər etdi

Özbəkistan prezidenti Şevkǝt Mirziyoyev Ankara Esənboğa Havalimanda Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ tərəfindən qarşılanıb.

834140
20 ildən sonra ilk dəfə Özbəkistan prezidenti Türkiyəyə rəsmi səfər etdi

  Məlumata görə prezident Ş. Mirziyoyev Ankaraya səfəri çərçivəsində Rəcəb Tayyib Ərdoğan ilə bir araya gələcək. İki liderin görüşündən sonra Türkiyə-Özbəkistan nümayəndə heyətləri arasında baş tutacaq danışıqlarda ikitərəfli əlaqələr, qlobal və regional proseslər müzakirə ediləcək. Danışıqlardan sonra iki ölkə arasında bir sıra razılaşma imzalanacaq.

Ərdoğan və Mirzəyevin birgə mətbuat konfransı teşkil edǝcǝklǝri gözlənilir.



Әlaqәli Xәbәrlәr