Sabah Somali baş naziri ilk dəfə Türkiyəyə səfər edəcək

Somalinin baş naziri Həssən Əli Khayre sabah Türkiyəyə ilk dəfə rəsmi səfərlə gələcək.

833375
Sabah Somali baş naziri ilk dəfə Türkiyəyə səfər edəcək

Türkiyə Nazirlər Kabinetindən verilən məlumata görə, Somali baş naziri Həssən Əli Khayre 25-27 oktyabr tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq.

Khayre 26 oktyabr, cümə axşamı günü Ankarada baş nazir Binəli Yıldırım ilə görüşəcək, heyətlərarası görüşlər olacaq.

İkitərəfli əlaqələrin müzakirə olunacağı görüşlərdə aktual regional və beynəlxalq məsələrlə əlaqədar fikir mübadiləsi aparılacaq.

Khayre səfəri çərçivəsində 14 oktyabrda Somalidə törədilən terror hücumlarında yaralanan və Türkiyədə müalicə olunan somali vətəndaşlarına da baş çəkəcək.

 

 

 



Әlaqәli Xәbәrlәr