"Türkiyə ilə  Serbiya parlamentləri arasında güçlü əməkdaşlıq mövcutdur"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman, Serbiyaya səfəri çərçivəsində Milli Məclisin rəhbəri Maja Gojkovic ilə görüşüb.

832538
"Türkiyə ilə  Serbiya parlamentləri arasında güçlü əməkdaşlıq mövcutdur"

İki həmdar danışıqlardan sonra birgə mətbuat konfransı təşkil edib.

Serbiya Milli Məclisinin sədri Gojkovic, 10 oktyabrda, prezident Rəcəb Tayyib Ərdoğanın Serbiyaya səfəri zamanı iki ölkə arasındakı əlaqələrin irəli pillələrə qaldırılması mövzusunda mütabiq qalındığını qeyd edib.

İki ölkə milli Məclisləri arasında əməkdaşlığın davamı uğrunda lazımlı addımları atdıqlarını ifadə edən Gojkovic: “Əməkdaşlığımız fərqli səviyyələrdə ola bilər. İki ölkə məclisləri arasında olduğu kimi digər platformalarda, beynəlxalq platformalarda bunu davam etdirə bilərik. Serbiya Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-nin 15 İyul xain çevriliş cəhdində Türkiyəyə dəstəyini bəyan etdi. Türkiyəyə reallaşdırdığım səfər çərçivəsində TBMM –də yaranan təxribatı görüb xeyli kədərləndim. Çevriliş cəhdinə qarşı Türkiyəyə dəstəyin bildirildiyi sənədə imza atdım. Biz terroru lənətləyirik”.

Türkiyə Böyük Millət Məclisinin rəhbəri Qəhrəman da Serbiyaya reallaşdırdığı səfəri yüksək qiymətləndirdiyini ifadə edərək: “Prezident Ərdoğana səfəri zamanı göstərilən qonaqpərvərlik və iki ölkə arasındakı əlaqələrin inkişafı Türkiyədə məmnuniyyət yaratdı. Serbiya, Balkanların açar ölkəsi hesab edilir. Bu ölkə ilə ortaq tarix və mədəniyyətə sahibik. Həmçinin ortaq mənfəətlərimiz var. Serbiyanı güclü dost və müttəfiq ölkə qəbul edirik. Aramızdakı bağları möhkəmləşdirəcək müqavilələrin təcili olaraq parlamentdə qəbulu uğurnda əlimizdən gələn səyi edəcəyik. İqtisadiyyat, təhlükəsizlik və mədəni sahələrdə əməkdaşlığımızı irəli pillələrə qaldıracayıq. Serbiya çevriliş cəhdindən sonra Türkiyəyə dəstək verən ilk ölkələrdən biri idi. İki ölkə arasındakı mövcud güçlü əlaqələr və həmrəyliyin bölgə və dünya sülhünə töhfə verəcəyinə inanıram”.

 

 



Әlaqәli Xәbәrlәr