Yunanıstana keçməyə çalışan suriyalı mühacirlər saxlanıldı

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına getməyə çalışan suriyalı 40 mühacir yaxalanıb.

831245
Yunanıstana keçməyə çalışan suriyalı mühacirlər saxlanıldı

  Rayon Jandarm Komandanlığı qrupları patrul xidməti zamanı Keçikaya kəndi çölündə bir qrup qaçqın olduğunu müəyyən edib. Sözü gedən bölgədə keçirilən əməliyyatda aralarında qadın və uşaqların da olduğu 40 suriyalı saxlanılıb və Ayvacık Xariciləri Gerigöndərmə Mərkəzinə təhvil verilib.

 



Әlaqәli Xәbәrlәr