"Türkiyənin cənubu ilə bağlı ciddi düşünmək lazımdır", C.Cefri

Amerika Birləşmiş Ştatlarının Türkiyə üzrə əvvəlki səfiri Ceyms Cefri Türkiyənin öz vətəndaşları və ya diplomatik toxunulmazlığı olmayan hər kimlə əlaqədar qanuni hərəkətetmə haqqı olduğunu söyləyib.

830493
"Türkiyənin cənubu ilə bağlı ciddi düşünmək lazımdır", C.Cefri

  TRT-yə xüsusi müsahibəsində C.Cefri rəsmi Vaşinqtonla viza gərginliyi, Fətullahçı Terror Təşkilatı - FETÖ başçısının qaytarılması və regional mövzularla bağlı fikrini bildirib:

  “ABŞ-ın İstanbul Konsulluğunda FETÖ ilə əlaqəli şübhəli bilinən bir çalışan həbs olunub. O, təhlükəsizlik xidmətində çalışdığı üçün ABŞ cavab olaraq viza xidmətlərini dayandırdı. Rəsmi Vaşinqton mövzuyla əlaqədar Türkiyə hökumətindən daha çox məlumat almaq istəyir. Bu böhranın uzun sürəcəyini düşünmürəm…

  Kimlərsə FETÖ-nün 15 İyul 2016-cı il çevriliş zərbə cəhdinin arxasındadır. ABŞ rəhbərliyi də belə düşünür, amma FETÖ başçısını qaytarmaq üçün məhkəmənin cavabını gözləmək məcburiyyətindədir…  

  Terror təşkilatları PYD/YPG ilə PKK arasındakı bir bağ var. Ankaranın narahatlığı haqlıdır… Türkiyənin cənubu ilə bağlı ciddi düşünmək lazımdır. Türkiyə terror təşkilatları DAEŞ, PYD Və PKK-ya qarşı vuruşur. Tramp hökuməti isə əvvəlki rəhbərlər kimi Türkiyənin cənubunda yalnız DAEŞ-i məhv etmək siyasəti yürüdür. Buna görə PYD-nin silahlandırılması kimi mövzuların səbəb olacağı qorxu Vaşinqtonda texniki olaraq müzakirə edilmir, əksinə, Vaşinqtonla Ankara arasında siyasi mübahisə müzakirə olunur.”



Әlaqәli Xәbәrlәr