Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Şimali İraq Regional Rəhbərliyinə sərt reaksiya göstərdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Şimali İraq Regional Rəhbərliyinin (İKRR) hal-hazırda dinclik və rifah içində yaşamasında ən böyük payın Türkiyənin olduğunu söyləyib.

829621
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Şimali İraq Regional Rəhbərliyinə sərt reaksiya göstərdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Şimali İraq Regional Rəhbərliyinin (İKRR) hal-hazırda dinclik və rifah içində yaşamasında ən böyük payın Türkiyənin olduğunu söyləyib.

Ərdoğan Cümhurbaşqanlığı Sarayında təşkil edilən növbəti Muxdarlar (kəndxudalar) görüşündə Ərbil rəhbərliyinə sərt sözlərlə səslənib.  

Dövlət başçısı İKRR-nin keçmişdə maliyyə çətinliklərlə qarşı-qarşıya qalaraq dövlət işçilərinin əmək haqlarını belə ödəyə bilmədiyi zaman Türkiyədən kredit aldığını xatırladaraq deyib ki, Türkiyə onlara ciddi miqdarda kredit verdi. Heç kəs vərmədi, amma biz verdik. Eləsə keçmişdə İKRR-yə köməklik göstərən Türkiyə hal-hazırda  nə üçün sərhəd məntəqələrini, hava məkanını bağlayır? Bu sualın cavabını isə ən başda İKRR-nin verməsi vacibdir.

İKRR-nin hazırda Kərkükün özünə məxsus olduğunu müdafiə etməsinə sərt reaksiya göstərən Dövlət başçısı Ərdoğan İKRR-nin tələsik addımlar atdığını, hansı əsaslarla Kərkükün özünün olduğunu qeyd edərək dəyib ki, PKK terror təşkilatı kimi əli qanlı təşkilatlara imkan yaradanlara əlbətdə icazə vermərik. Biz orada PKK-nın, DEAŞ-ın, Suriyada PYD-nin, YPG-nin bu bölgələrdə sərbəst addım atmasına icazə verməyəcəyik. Daha əvvəl də vurğuladığım kimi; bir gecə qəflətən gələrik, lazım gələni də yerinə yetirərik.

Dövlət başçısı Ərdoğan onu da deyib ki, arzularına məğlub olanlar ən ciddi zərəri öz xalqlarına verirlər. İndi ərzaq, dərman və s. kimi humanitar yardımlar bu bölgədən daxil olmayacaq. Artıq hava məkanı bağlıdır. Artıq Ərbildən bir yerə uçuş olmayacaq. Çünki ən önəmli hava məkanı bizik. Ehtiyacları biz mərkəzi idarəyə göndərəcəyik. Rəsmi Bağdad humanitar yardımları Şimali İraq xalqına çatdıracaq. Amma Şimali İraq yerli idarənin başlarına nələr gətirdiyini xalqın görməsini, xalqın da onlara lazım olan dərsi vərməsini istəyirik.



Әlaqәli Xәbәrlәr