Türkiyə İraqın ərazi bütövlüyünün qorunması tərəfdarıdır

Türkiyə Milli Təhlükəsizlik Kabineti hökumətə Türkiyə hava sahəsinin İraq Kürd Regional İdarəçiliyinə bağlanılmasını təklif edib.

828226
Türkiyə İraqın ərazi bütövlüyünün qorunması tərəfdarıdır

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyilə toplanan kabinet bu bəyanatı elan edib:  

  "Türkiyə hava sahəsinin İraq Kürd Regional İdarəçiliyinə bağlanılması və İbrahim Xəlil Sərhəd qapısının İraq hökumətinin rəhbərliyinə keçməsi prosesi başlanıldı.

  Türkiyə İraqın ölkədə bütün konstitusiya suverenliyini bərpa etmək üçün Kərkükdə atdığı addımları qiymətləndirir, İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına əhəmiyyət verir.

  Suriyanın neytral bölgəsində yerləşən İdlib şəhərindəki Türkiyə Silahlı Qüvvələri isə ölkədə sülhü təsis etmək məqsədilə, Astana danışıqlarında gəlinən razılığa əsasən, vəzifəsini uğurla davam etdirir.”



Әlaqәli Xәbәrlәr