Türkiyədə Fövqəladə Vəziyyət 5-ci dəfə uzadılır

Nazirlər Kabineti təklifi qəbul etdikdən sonra Türkiyə Böyük Millət Məclisinin ilcasında məsələ səsverməyə çıxarılacaq.

828228
Türkiyədə Fövqəladə Vəziyyət 5-ci dəfə uzadılır

  Oktyabrın 16-da dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyilə toplanan Türkiyə Milli Təhlükəsizlik Kabineti İraqın Kərkük əməliyyatı və Suriyada neytral bölgə mövzularına toxunduqdan sonra 19 oktyabrda başa çatacaq Fövqəladə Vəziyyətin (OHAL) 5-ci dəfə uzadılmasını təklif edib.

  Nazirlər Kabineti təklifi qəbul etdikdən sonra Türkiyə Böyük Millət Məclisinin ilcasında məsələ səsverməyə çıxarılacaq.

  Xatırladaq ki, Fətullahçı Terror Təşkilatının 15 İyul (2016) dövlət çevrilişinə cəhdindən sonra Türkiyədə iyulun 20-sindən Fövqəladə Vəziyyət elan edilmişdi.



Әlaqәli Xәbәrlәr