Türkiyə İraq Kürd Regional Rəhbərliyinə xəbərdarlıq etdi

Türkiyə İraq Kürd Regional Rəhbərliyini (İKRR) tədbirsiz səhvlərinə terror təşkilatı PKK-ya dəstək təmin edərək bir yenisini əlavə etməməsi barədə xəbərdar etdi.

827841
Türkiyə İraq Kürd Regional Rəhbərliyinə xəbərdarlıq etdi

Türkiyə İraq Kürd Regional Rəhbərliyini (İKRR) tədbirsiz səhvlərinə terror təşkilatı PKK-ya dəstək təmin edərək bir yenisini əlavə etməməsi barədə xəbərdar etdi.

Xarici İşlər Nazirliyi bəyanat yayaraq terror təşkilatı PKK-nın Kərkükə yığınak etməsinə sərt reaksiya göstərdi.

Bəyanatda bildirilib ki, İKRR-in İraq Konstitusiyasını pozaraq qeyri-qanuni şəkildə 25 sentyabrda təşkil etdiyi referendumdan sonra, İraq hökumətinin ölkənin ictimai mozaikasının bir modelini təşkil edən və tarix boyunca Türkmen soydaşlarımızın yurdu olan Kərkük şəhərində, konstitusiya çərçivəsində suverenliyini təsis etmək üçün atdığı addımları yaxından təqib edirik. İraq hökumətinin Kərkükdə PKK terror təşkilatı quldurlarına tolerantla yanaşılmayacağını, bunların  bölgədə yerləşdirilməsinin hərb elanı qəbul ediləcəyi ilə bağlı açıqlamasını məmnuniyyətlə qarşılayırıq. İKRR-ni tədbirsiz səhvlərinə terror təşkilatı PKK-ya dəstək təmin edərək bir yenisini əlavə etməməsi barədə xəbərdar edirik.

“Kərkükdə ictimai dinclik və sülhü pozmağa təşəbbüs edə biləcək PKK terror təşkilatının bu bölgədə sığınacaq yer tapmasına imkan yaradanlar tərəfimizdən da məsul tutulacaq”-deyə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.



Әlaqәli Xәbәrlәr