"Türkiyə Həmas və Fətih Beynəlxalq Uzlaşma Sazişini dəstəkəyir", İ.Kalın

Məsələ ilə bağlı yazılı açıqlamada İ.Kalın bildirib...

827043
"Türkiyə Həmas və Fətih Beynəlxalq Uzlaşma Sazişini dəstəkəyir", İ.Kalın

  Türkiyə dövlət aparatı sözçüsü İbrahim Kalın Həmas və Fətih arasında imzalanan Beynəlxalq Uzlaşma Sazişini Türkiyənin məmnuniyyətlə qarşıladığını deyib.

  Məsələ ilə bağlı yazılı açıqlamada İ.Kalın bildirib:

  “Bütün İslam aləmi və Yaxın Şərq xalqlarının müştərək məsələsi olan Fələstin probleminin haqq, hüquq və bərabərlik əsasında həll edilməsi Fələstin xalqının tək yumruq olması ilə bağlıdır. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Fələstin Uzalaşma Sazişi danışıqlarını prosesin başlanandan dəstəkləyib, bu çərçivədə Həmas və Fətih rəsmiləri görüşüb, son olaraq avqustun 28-də Fələstin prezidenti Mahmud Abbasla Ankarada bir araya gəlib.

 Fələstində yaşanan siyasi dialoq prosesi artıq beynəlxalq cəmiyyət qarşısında bir sıra öhdəliklər qoydu. Bununla əlaqədar Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq təşkilatlara humanitar böhranın sona çatdırılması, sülh prosesinin canlandırılması və iki dövlətli həll üçün lazım olan addımların gecikmədən atılması üçün hərəkət etməlidir. İsrailin Fələstin ərazilərini işğalı qısa müddətdə sona çatdırılmalı və Fələstində dinc prosesi sabotaj edəcək addımlardan uzaq dayanılmalıdır.

  Tarixin hər dövründə Fələstin xalqının ən güclü dəstəkçisi olan Türkiyə Cümhuriyyəti bundan sonra da qardaşlarının yanında olmağa davam edəcək.



Әlaqәli Xәbәrlәr