Xarici İşlər Nazirliyi Danimarkaya reaksiya göstərdi

Xarici İşlər Nazirliyi Danimarkanın DEAŞ-lı terrorçunu sərbəst buraxması ilə BMT-nin qərarlarını pozduğunu bildirdi.

825213
Xarici İşlər Nazirliyi Danimarkaya reaksiya göstərdi

Xarici İşlər Nazirliyi Danimarkanın DEAŞ-lı terrorçunu sərbəst buraxması ilə BMT-nin qərarlarını pozduğunu bildirdi.

Türkiyənin Xarici İşlər Nazirliyinin həmin mövzuyla bağlı yaydığı bəyanatda bildirilib: “Danimarkanın fərqli millətlərdən 39 nəfərin həyatını itirməsinə səbəb olan terror aktı ilə birbaşa əlaqəsi olduğu düşünülən şəxsin DEAŞ ilə mübarizədə kilid mövqeyi olan Türkiyəyə geri qaytarılmasını əsassız iddialar irəli sürərək qəbul etməməsi terrora qarşı beynəlxalq səviyyədə göstərilən cəhdlərə də zərər vermişdir.  Danimarka rəsmilərinin Türkiyənin cari ilin yanvar ayının 1-də İstanbul-Ortaköydə həyata keçirilən terror aktı ilə əlaqəli olaraq təhvil verilməsini istədiyi İbrohimjon Asparov adlı şəxsi verməyi qəbul etməməsi və adı çəkilən şəxsi sərbəst buraxması başda BMT Təhlükəsizlik Şurasının qərarı olmaqla DEAŞ ilə mübarizədə BMT qərarlarının pozulması mənası daşıyır.”

Qeyd edək ki, İstanbul-Ortaköydə  “Reina” klubuna yeni ildə gecə saatlarında terrorçu Əbdülqədir Maşaripov tərəfindən edilən silahlı hücum nəticəsində  39 nəfər həyatını itirmişdi.

Maşaripovu silah-sursatla təmin etdiyi iddia edilən İbrahimjon Asparov iyul ayından bəridir məhkum tutulduğu Danimarkada sərbəst buraxılmışdı.



Әlaqәli Xәbәrlәr