"Serbiyadakı Bosniyalı azlığı sadəcə yaxın əqrəba kimi görmürük",R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfəri zamanı Bosniyalı Milli Azlıq Şurasının sədri Süleyman Uqljanini qəbul edib.

825241

Daha sonra Bosniyalı Milli Azlıq Şurasına müraciət edən Ərdoğan Sancak sakinlərini və Serbiyadakı Bosniyalı azlığı sadəcə yaxın əqrəba kimi görmədiklərini söyləyib: “Bosniyalı azlığın hüquqları Avropa ölkələri arasında ən güclü qanun əsaslarından birinə sahib olan Serbiyanın qanunları və konstitusiyası çərçivəsində verilə bilər, Bosniyalı Milli Azlıq Şurasının sədrinin bununla əlaqəli cəhdləri təqdirəlayiqdir”.

Türk iş adamlarının yatırımlarını Sancakda artırmağa cəhd göstərdiklərini və bunu təşviq etdiklərini bildirən Ərdoğan ötən gün Belqradda İş Forumunda çıxış edib.

Dövlət başçısı çıxışında səhiyyə, təhsil və digər bir sıra sahələrdə iki ölkənin birgə addımlamasının vacibliyini dilə gətirib.

Ərdoğan Serbiyaya səfəri zamanı əməkdaşlığa dair bir sıra protokollar imzaladıqlarını da vurğulayaraq, bütün bu inkişaf və mədəniyyət layihələrinin Sancak və Novi Bazar əhalisinə xeyirli olmasını diləyib.

Әlaqәli Xәbәrlәr