"Türkiyə ABŞ ilə yaşanan viza böhranı barədə soyuqqanlı mövqeyini davam etdirəcək"

Baş nazir Binəli Yıldırım Çankaya Köşkündə təşkil edilən Valilər yığıncağında etdiyi çıxışda Türkiyə ilə ABŞ-ın viza işlərini təxirə salmasına toxunub.

824976
"Türkiyə ABŞ ilə yaşanan viza böhranı barədə soyuqqanlı mövqeyini davam etdirəcək"

Baş nazir Binəli Yıldırım Çankaya Köşkündə təşkil edilən Valilər yığıncağında etdiyi çıxışda Türkiyə ilə ABŞ-ın viza işlərini təxirə salmasına toxunub.

O bildirib ki, iki müttəfiq arasındakı əlaqələrin yaxın zamanda normallaşmasını arzulayırıq. Regional və qlobal gərginliklərin dərinləşdiyi bu prosesdə soyuqqanlı mövqeyimizi davam etdirəcəyik.  

Çıxışında terrorla mübarizəyə də toxunan Yıldırım “Bu ilin əvvəlindən bəridir DEAŞ üzvü min terrorçu saxlanıldı. 146 ölkədən 53 min nəfərdən artıq terror şübhəlisinin ölkəyə girməsi qadağa edildi” deyib.

Baş nazir terrorla mübarizədə son iki ildə təhlükəsizlik qüvvələri arasında ciddi ahəng olduğunu bildirib.

Türk əsgərinin Suriyada olmasını da dəyərləndirən Yıldırım “Bizim heç kəsin torpağında gözümüz yoxdur. Hal-hazırda Suriya ərazilərində yaradılmağa cəhd edilən terror koridorunu görürük və tədbirlərimizi əvvəlcədən görmək üçün sahədəyik. Biz bölgədə bir terror koridoru deyil, sülh koridoru yaratmaq üçün səy göstəririk” deyib.

Baş nazir İraq Kürd Regional Rəhbərliyində sentyabrın 25-də keçirilən qanunsuz referenduma da toxunaraq bildirib ki, İraqdakı regional rəhbərliyin “mən etdim oldu” düşüncəsi ilə atdığı bu mənasız addım İraqın mövcud statusunu, torpaq bütövlüyünü pozur. Həmin zamanda da milli təhlükəsizliyimiz üçün bir risk təşkil edir, regional sülh üçün də eləcə. Bu terror təşkilatlanmalarına dəstək olanlar, İraqın bütün əldə etdiklərini itirmə ehtimalını yaxşı düşünməlidirlər.



Әlaqәli Xәbәrlәr