Türkiyə və İraq Silahlı Qüvvələrinin birgə təlimləri davam edir

Sentyabrın 18-də Türkiyə Silahlı Qüvvələrinin Şırnakın Silopi rayonundakı Habur sərhəd-keçid mәntәqәsi  yaxınlığında  başladığı təlimlər İraq hərbi qüvvələrinin iştirakı ilə davam edir.

823544

İraq sərhədindəki Habur sərhəd-keçid mәntәqәsinә  təxminən 3 kilometr məsafədə yerləşən sahədə keçirilən təlimlərə 7-ci korpus komandiri, general-leytenant Sinan Yayla vә 28-ci briqada  komandiri, general-mayor Әhmәd Kurumahmut komnadanlıq edir.
 
Təlimlərdə piyada korpusunun taktik manevrləri keçirilib, həmçinin əsgərlərin hücumu dəf etməsi canlandırılıb.

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumata görә, TSQ-nin sentyabrın 18-dә başladığı tәlimin üçüncü mәrhәlәsinә sentyabrın 26-da start verildiyi, təlimin bu mərhələsinin bölgəyə gələn İraq hәrbi qüvvәlәrinin iştirakı ilə davam etdiriləcəyi bildirilmişdi.

Әlaqәli Xәbәrlәr