“Türkiyə Krımın Rusiyaya birləşdirilməsini tanımadı və heç vaxt tanımayacaq”,R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ukraynanın suverenliyini, Krım daxil torpaq bütövlüyünü və siyasi vahidliyini dəstəkləməkdə davam edəcəyini bir daha söylədi.

823813
“Türkiyə Krımın Rusiyaya birləşdirilməsini tanımadı və heç vaxt tanımayacaq”,R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bunu ötən gün Ukraynaya reallaşdırdığı səfəri zamanı bu ölkənin prezidenti P.Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Ukraynanın bölgənin sabitliyi, təhlükəsizliyi və sülhü üçün kilid ölkələrdən biri olduğunu vurğulayan Ərdoğan bildirib ki, bu çərçivədə ikitərəfli əlaqələrə hər zaman strateji bir gələcək baxışı ilə yanaşıldı. Bu ölkə hələ 2003-cü ildə ilk plandakı tərəfdaş ölkələrdən biri kimi elan edildi. 2011-ci ildə isə strateji şura quraraq əlaqələr ən yüksək səviyyəyə çıxarıldı. 2012-ci ildə qüvvəyə minən viza rejiminin ləğvindən sonra bu il şəxsiyyət vəsiqəsilə səyahət imkanına start verildi.  

Dövlət başçısı ukraynalı həmkarına Türkiyənin Ukraynanın suverenliyini, Krım daxil torpaq bütövlüyünü və siyasi vahidliyini dəstəkləməkdə davam edəcəyini bir daha söylədiyini, Türkiyənin Krımın Rusiyaya birləşdirilməsini tanımadığını və tanımayacağını, Ukraynanın ölkələrinə sadiq olduqlarını sübut etmiş Krım Tatarlarına verdiyi dəstəkdən böyük məmnunluq duyduğunu çatdırdığını dilə gətirib.

Dövlət başçısı həbsxanadakı Krım Tatarlarının vəziyyətinə dair suala isə belə cavab verib: “Həbsxanada olan Krım Tatarı dostlarımızla əlaqəli əlimizdən gələn addımları atırıq. Bu təşəbbüslərdən nəticə əldə edəcəyimizə ümid edirəm. Krımla əlaqəli keçmişdən bugünə mövqəyimiz, bu mövzuya dair milli və beynəlxalq sahədəki yanaşmamız məlumdur. Krımlı qardaşlarımızı özümüzdən ayrı görmədik, bundan sonra da görməyəcəyik”.

Dövlət başçısı Ukraynaya səfəri zamanı Krım Tatar icmasının nümayəndələri ilə də görüşüb. Görüş mətbuata qapalı baş tutub.



Әlaqәli Xәbәrlәr