Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Serbiyada səfərdədir

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Serbiyaya rəsmi səfəri başladı.

823540
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Serbiyada səfərdədir

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Serbiyaya rəsmi səfəri başladı.

Dövlət başçısını Belqrad hava limanında Serbiyanın dövlət başçısı Aleksandr Vuçiç, baş nazir Ana Brnabiç və digər rəsmi şəxslər qarşılayıblar.

Dövlət başçısını səfərdə Baş nazirin müavini Fikri İşık, Silahlı Qüvvələrin Baş Qərargah rəis Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii ehtiyatlar naziri Berat Albayrak, Avropa İttifaqı üzrə nazir və baş müzakirəçi Ömer Çelik, Ətraf Mühit və Şəhərsalma naziri Mehmet Özhaseki, İqtisadiyyat naziri Nihat Zeybekci, Nəqliyyat, Dənizçilik və Rabitə naziri Ahmet Arslan, Meşə və Su işləri üzrə nazir Veysel Eroğlu, Qida,Kənd Təsərrüfatı və Heyvandarlıq məsələləri üzrə nazir Əhmet Əşref Fakıbaba müşaiyət edirlər.

Serbiya mətbuatına görə, ötən axşam dövlət başçılarının qeyri-rəsmi birgə şam yeməyi olub. Səfər proqramının rəsmi hissəsi bu gün başlanacaq. İki ölkə arasında bir sıra razılaşmaların imzalanacağı gözlənilir. Oktyabrın 11-də isə Ərdoğan Serbiyanın cənubundakı Novi-Pazar şəhərinə səfər edəcək.



Әlaqәli Xәbәrlәr