ABŞ-ın Ankara Səfirliyinin viza məsələsinə dair açıqlaması

ABŞ-ın Ankaradakı səfiri John Bass ölkəsinin Türkiyədəki qəyri-immiqrant viza məsələsini müddətsiz olaraq təxirə salma qərarı barədə sosial şəbəkə vasitəsilə bəyanat yayıb.

823550
ABŞ-ın Ankara Səfirliyinin viza məsələsinə dair açıqlaması

ABŞ-ın Ankaradakı səfiri John Bass ölkəsinin Türkiyədəki qəyri-immiqrant viza məsələsini müddətsiz olaraq təxirə salma qərarı barədə sosial şəbəkə vasitəsilə bəyanat yayıb.

Səfir bu qərarın Türk vətəndaşlarına yönəldilmiş bir viza qadağası olmadığını, yeni viza müraciətlərinin dəyərləndirilməsinin təxirə salınması barədə qərar olduğunu bildirib.

Türkiyədən kənarda hər hansı bir ABŞ Səfirliyi yaxud da Konsulluğunda viza müraciətinin ola biləcəyini vurğulayan səfir, bu qərarı asan qəbul etmədiklərini, yaxın zamanda məsələnin həllə qovuşacağına ümid etdiklərini, ancaq həll prosesinin nə zamana qədər davam edəcəyini dəqiq bilmədiklərini söyləyib.

Vizası olanların ABŞ-na səyahət edə biləcəklərini deyən səfir qeyd edib ki, cari il ikinci dəfə olaraq keçən həftə, diplomatik missiyamızın bir Türk əməkdaşı Türk səlahiyyətlilər tərəfindən həbs edildi. Bu həbsin nə üçün olduğuna dair, varsa dəlillər barəsində bütün cəhdlərimizə baxmayaraq məlumat əldə edə bilmədik. Əməkdaşımız  qanunların tətbiqi barədə Türkiyənin əlaqəli qurumları ilə əməkdaşlığı gücləndirmə və Amerika və Türk vətəndaşlarının təhlükəsizliyini təmin etmə mövzularında fəaliyyət göstərən bir şöbədə işləyir.

Bu həbs qərarının Türkiyə ilə ABŞ arasındakı əməkdaşlığı pozmaq məqsədində olub olmadığı suallarını doğurduğunu vurğulayan səfir Bass belə bir vəziyyət olacağı təqdirdə bunun ABŞ-ın diplomatik obyektlərində işləyən və buralara baş çəkən insanları təhlükə ilə üzləşdirəcəyini irəli sürüb.

Bass “Yerli əməkdaşlarımız da Türk vətəndaşıdır və biz Türkiyə Cümhuriyyətinin digər vətəndaşları kimi onların da Türk qanunlarına əməl etmələrini gözləyirik” deyib.

Qeyd edək ki, ABŞ-ın bütün diplomatik missiyalarında qeyri-immiqrant viza məsələsini dayandırmaq qərarına cavab olaraq Türkiyənin Washington Səfirliyi də “ABŞ-dakı bütün diplomatik missiyalardakı vizaların verilməsini dayandırıb.



Әlaqәli Xәbәrlәr