Türkiyə rəsmi Vaşinqtonun qərarına cavab verdi

Türkiyə ABŞ hökumətinin bu ölkənin vətəndaşlarına viza verilməsini dayandırmaq qərarına cavab verdi.

822664
Türkiyə rəsmi Vaşinqtonun qərarına cavab verdi

Türkiyə ABŞ hökumətinin bu ölkənin vətəndaşlarına viza verilməsini dayandırmaq qərarına cavab verdi.

Bununla bağlı bəyanat Türkiyənin Vaşinqtondakı səfirliyinin "Twitter"ində yayıldı.

Bildirilib ki, Türkiyə hökuməti ABŞ-ın bu ölkədəki bütün diplomatik missiyalarında qeyri-immiqrant viza məsələsini dayandırmaq qərarına cavab olaraq Türkiyə ərazisindəki bütün diplomatik missiyalarda vizaların verilməsini dayandırıb. Buna görə səfirliyik və konsulluqlar vizaların verilməsi üzrə işi dayandırıb.

Qeyd edək ki, dünən Birləşmiş Ştatların İstanbuldakı konsullluğunun əməkdaşının həbsinə cavab olaraq ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. 

Xarici İşlər naziri Mövlud Çavuşoğlu mövzunu dəyərləndirərək deyib ki, Birləşmiş Ştatların İstanbuldakı konsullluğunun əməkdaşı Mətin Topuz barəsində hökm verəcək siyasi xadimlər mən yaxud da ABŞ Dövlət Departamenti deyil, müstəqil məhkəmədir. Ciddi ittihamlar və dəlillər var. Diplomatik vəzifədə olduğundan məlumatlandırıldım, mənim özüm də İstanbuldakı məhkəmə səlahiyyətlilərinə soruşdum. Onlarda ciddi məlumatlar və sübutlar olduğunu söylədilər.



Әlaqәli Xәbәrlәr