"Türkiyə hüquq dövlətidir",R.T.Ərdoğan

Ukraynada səfərdə olan Dövlət başçısı R.T.Ərdoğan ABŞ ilə viza məsələsinə toxunub.

823490
"Türkiyə hüquq dövlətidir",R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyip Ərdoğan ABŞ ilə yaşanan viza böhranının narahatlıq doğuran hadisə olduğunu söylədi.

 Ukraynada səfərdə olan Ərdoğan Ukrayna prezidenti P. Poroşenko ilə birgə mətbuat konfransı təşkil etdi.

Dövlət başçısı Ərdoğan Türkiyə ilə ABŞ arasında viza işlərinin dayandırılmasına toxunub.

"Bu qərar hər şeydən əvvəl ciddi narahatlıq doğurdu, bizi təəssüfləndirdi. Yəni Ankarada (ABŞ-lı) səfirin belə bir qərara yetişərək tətbiq etməsi kədər verici addımdır. Xarici İşlər Nazirliyimizin səlahiyyətliləri bunu eşitdikləri anda vacib olan addımları atdılar" deyə bildirdi.

Dövlət başçısı Ərdoğan qeyd etdi ki, Türkiyə bir hüquq dövlətidir. Hər şeydən əvvəl biz bir qəbilə dövləti deyilik. Onların açıqladığı mətnə cavab kimi eynilə bizim də Amerikadakı səfirimiz dərhal eyni qərarı açıqladı. Proses bundan ibarətdir.



Әlaqәli Xәbәrlәr