ABŞ-dan Türkiyəyə dəstək gəldi

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyindən – Pentaqondan Türkiyəyə Rusiya və İranla əldə edilən razılaşma çərçivəsində Suriyanın İdlib vilayətində atəşkəsin qorunmasına yönəlik həmləsi məsələsində dəstək gəldi.

822447
ABŞ-dan Türkiyəyə dəstək gəldi

    Pentaqon Yaxın Şərq Şöbəsinin sözçüsü Erik Pahon yazılı açıqlamasında bildirib:

  "Suriya hökuməti ölkənin şimal qərbini təkcə Suriya xalqı və bölgə təhlükəsizliyi üçün deyil, eyni zamanda, beynəlxalq terror təşkilatlarına dəstək verən Əl Qaidə terror təşkilatının etibarlı sahə halına gətirmişdi.  

  NATO müttəfiqimiz Türkiyənin sərhədlərini qoruması və terrorla mübarizə və terror təşkilatlarının etibarlı bölgələr yaratmalarına maneolma səylərini dəstəkləyirik.

  ABŞ-ın Cebhet-Üş-Şam kimi tanınan Nusra Cəbhəsi ilə bağlı mövqeyi dəyişməyib. Təşkilat Əl Qaidənin Suriya və Xarici Terror Təşkilatları siyahısındadır.

 Əl Qaidə ilə münasibətini kəsdiyini elan etsə də, Nusra Cəbhəsi hal-hazırda yenə Əl Qaidə ilə əlaqəli çalışır.

  Suriyanın şimal-qərbində, Türkiyə ilə sərhəddə yerləşən İdlib rayonu Türkiyə, Rusiya və İranın Qazaxıstanın paytaxtı Astanada gəldiyi müqavilə çərçivəsində gərginliyi azaltmaq məqsədilə neytral bölgə elan edilib. Müxalifətin təminatçısı Türkiyə ilə hökumətin təminatçısı Rusiya arasında gərgin danışıqlardan sonra müqavilə həyata keçirilmə mərhələsinə gəlib. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsinə hazırlıqları başa çatmış vəziyyətdədir. İdlib hökumət əleyhinə olan hərbi və müxalifət qruplarının nəzarətindədir."



Әlaqәli Xәbәrlәr