Türkiyə hökumətinin iradəsi sayəsində qaçqın köçü sıfıra endi

Bunu Bolqarıstanın baş naziri Boyko Borisov bildirdi.

819640
Türkiyə hökumətinin iradəsi sayəsində qaçqın köçü sıfıra endi

 Bolqarıstan baş naziri Boyko Borisov və Rumıniya baş naziri Mixay Tudosenin iştirakları ilə Varna şəhərində keçirilən toplantıda iki ölkə arasında dəniz su sərhədlərinə nəzarət, böhran şəraitində elektrik enerjisi dəstəyi və nəqliyyat sahəsinə aid 5 müqavilə imzalandı.
 
 Borisov və Tudose  təşkil etdikləri ortaq mətbuat konfransında noyabr ayında iki ölkənin hökumət üzvlərinin Buxarestdə bir araya gələcəklərini açıqladılar.
 
Baş nazirlər Bolqarıstanın şimal-şərqindəki Kaynarca kəndi ilə Rumıniya tərəfində yerləşən Lipnitsa kəndi arasında olan yeni sərhəd qapısını da xidmətə açdılar.
 
 Borisov Avropaya qaçqın axını ilə əlaqədar ölkəsinin ciddi səylər göstərdiyini vurğulayaraq:" Biz miqrasiya axınının qarşısını almağa çalışırıq. Türkiyə hökumətinin iradəsi sayəsində, qaçqın köçü sıfıra endi.Yunanıstana da dəstək verməliyik" ifadələrini işlətdi.
 
 Bolqarıstanın baş naziri Avropa İttifaqının Bolqarıstanın sərhədlərinin təhlükəsizliyi üçün verdiyi 160 milyon avroluq dəstəyi də xatırladaraq: "Polis və ordunun səyləri nəticəsində artıq gecə rahat yata bilərsiniz" dedi.



Әlaqәli Xәbәrlәr