İnsanlıq və demokratiya böyük təhlükədədir

Bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik  Avropada son dövrdə artan ifrat sağçılarla və irqçiliklə bağlı xəbərdarlığında bildirdi.

819634
İnsanlıq və demokratiya böyük təhlükədədir

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik  Avropada son dövrdə artan ifrat sağçı meyllərlə və irqçiliklə bağlı xəbərdarlıq etdi.
 
 Bu barədə sosial media hesabından açıqlama verən Çelik:"İnsanlıq və demokratiya böyük təhlükədədir"dedi.
 
 Nazir islamofobiyaya və Türkiyəyə qarşı aparılan siyasətlərə səssiz qalanların ifrat sağçıları cəsarətləndirdiklərinə diqqət çəkərək:"Bu problemlərlə mübarizə etmədən Avropa siyasətinin demokratiyanı qoruması mümkün deyil" deyə bildirdi.
 
 Çelik Berlin divarının 9 noyabr 1989-cu ildə dağıdılmasının Avropa demokratiyası üçün böyük bir dönüş nöqtəsi olduğunu xatırladaraq:"İdeoloji Berlin divarlarını hörməyin, ksenofobiyaya qarşı həqiqi demokratik siyasət dalğasını yenidən yüksəldin" sözləri ilə Avropa ölkələrinə səsləndi.



Әlaqәli Xәbәrlәr