Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin mövqeyini bir daha xatırlatdı

Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraq Kürd Regional Rəhbərliyinin (İKRR) keçirdiyi qanunsuz referendumdan sonra Türkiyənin mövqeyini bir daha xatırlatdı.

819175
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin mövqeyini bir daha xatırlatdı

Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraq Kürd Regional Rəhbərliyinin (İKRR) keçirdiyi qanunsuz referendumdan sonra Türkiyənin mövqeyini bir daha xatırlatdı.

Ərbil rəhbərliyinə müraciət edən nazir Çavuşoğlu “Qanunlara zidd olan referendumu ləğv edin” dedi.

Mövlud Çavuşoğlu bundan sonra atılacaq addımların rəsmi Bağdadın tələbləri ilə koordinasiyalı olacağını söylədi.

Çavuşoğlu Anadolu xəbər agentliyinə müsahibəsində İKRR-in qanunsuz keçirdiyi referenduma bütün dünyanın etiraz etdiyini, bunun İraq və kürdlər üçün yaradacağı təhlükələri Bərzani idarəsinə də izah etdiklərini dilə gətirdi: “Bu qanunsuz referendum şəffaf, demokratik bir referendum deyil. Beynəlxalq ictimaiyyətin müşahidəsi olmayıb. Qanunsuzdur. Bu mövzuda Bərzani rəhbərliyi addım ata bilər. Yeni bu prosesi dayandırdığı zaman rəsmi Bağdad ilə əlaqələrini normallaşdıra bilər və münasibəti ilə bizimlə və hər kəslə əlaqələrini normallaşdıra bilər”.

Sərhəd-keçid məntəqələrinin istər İran ilə sərhədlərdə istərsə Türkiyə ilə olan gömrük qapılarının digər tərəfini İKRR-nin nəzarətində olduğunu qeyd edən Çavuşoğlu bu nəzarətin rəsmi Bağdadda olmasının vacibliyini vurğuladı.

PKK terror təşkilatının Şimali İraqda Sincar bölgəsinə getməsinin səbəblərindən birinin də Bərzani rəhbərliyini zəiflətmək olduğunu bildirən Çavuşoğlu təşkilatın bunu təmin etmək üçün bəzi siyasi partiyalarla əməkdaşlıq etdiyini, bu partiyalardan birinin Talabininin partiyası olduğunu xatırlatdı.

Xarici İşlər naziri Çavuşoğlu həmçinin PKK terror təşkilatının Suriyadakı qolu YPG-nin Afrindən mütləq təmizlənməsinin vacibliyini də dilə gətirdi.



Әlaqәli Xәbәrlәr